Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi
təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul
üzrə müsabiqənin imtahanmərhələsində istifadə olunacaq
test suallarının nümunələri.
Ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran
məzunlara qızıl və gümüş medalların verilməsi şərtlərinə aşağıdakılardan hansı
aid deyildir?
a) Ümumi orta təhsil səviyyəsini 75 faiz “əla” qiymətlərlə bitirənlər.
b) Tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin
ən azı 75 faizi “əla” olanlar.
c) Bütün fənlərdən illik qiymətləri “əla” olanlar.
d) Tam orta təhsil səviyyəsini həmin məktəbdə “əla” qiymətlərlə oxuyanlar.
e) Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və
beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq
görülənlər.
Məktəb direktorlarının vəzifə funksiyaları hansı normativ hüquqi aktla
müəyyənləşdirilmişdir?
a) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu
b) Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi
c) Pedaqoji şuranın Əsasnaməsi
d) Formal təhsilin təşkili qaydaları
e) Təhsil Nazirliyi haqqında Əsasnamə
Ümumi təhsil müəssisələrində tədris ilinin uzadılması ilə əlaqədar “Ümumtəhsil
məktəbinin Nümunəvi Nizamnaməsi”nə edilmiş dəyişikliyə görə I və II yarımillərin
başlama və qurtarma müddətləri hansıdır?
a) I yarımil: 15 sentyabr-6 yanvar; II yarımil: 12 yanvar-14 iyun.
b) I yarımil: 15 sentyabr-16 yanvar; II yarımil: 22 yanvar-14 iyun.
c) I yarımil: 15 sentyabr-26 yanvar; II yarımil: 1 fevral-14 iyun.
d) I yarımil: 15 sentyabr-15 yanvar; II yarımil: 21 yanvar-14 iyun.
e) I yarımil: 15 sentyabr-26 yanvar; II yarımil: 5 fevral-14 iyun.
Şəhadətnamə və attestatların qeydiyyat kitabı məktəbdə neçə il
saxlanılmalıdır. (çətin)
A) 30 il müddətinə.
B) 10 il müddətinə.
C) 50 il müddətinə.
D) daimi.
E) 75 il müddətinə.
Məktəbin laborantı vəzifə funksiyalarının icrası ilə yanaşı, zərurət olduğu halda,
işlədiyi məktəbdə ixtisası üzrə ən çox neçə saat dərs apara bilər. (orta)
A) 6 saata qədər.
B) 14 saata qədər.
C) 18 saata qədər.
D) 24 saata qədər.
E) 12 saata qədər.
Qeyd edilənlərdən hansı təhsil alanların vəzifələrinə aiddir. (asan)
A) pedaqoji etika və əxlaq normalarına riayət etmək, ziyalılıq nümunəsi göstərmək.
B) Dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək.
C) Dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq.
D) Müəyyən edilmiş qaydada təhsil müəssəsini dəyişmək.
E) Fasiləsiz təhsil almaq.
Ən azı neçə nəfər pedaqoji işçisi olan ümumtəhsil müəssisəsində pedaqoji şura
təşkil olunur? (orta)
A) 5 nəfər olduqda.
B) 3 nəfər olduqda.
C) 7 nəfər olduqda.
D) 8 nəfər olduqda.
E) 6 nəfər olduqda.
Qeyd edilənlərdən hansıları sinif rəhbərinin əsas fəaliyyət sahələrinə aiddir?
(çətin)
1.Sinif kollektivində yoldaşlıq əlaqələrinin xarakterini öyrənmək.
2. Sinfin həmrəyliyini və kollektivçiliyini təşkil etmək.
3. Şagird kollektivinin təşkili, fəallarla iş.
4. Şagirdlərin biliklərə yiyələnməsinə nəzarət etmək.
5. Şagirdlərdə davranış mədəniyyətinin tərbiyəedilməsi.
A) 1,2,3. B) 1,3,5. C)2,3,4. D) 3,4,5. E) 2,4,5.