Müəllimlərin işə qəbulu üzrə hazırlıq
MIQ imtahan qaydaları və hazırlıq
Təhsil Nazirliyi sisteminə daxil olan ümumitəhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir.
Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən və dövlət nümunəli təhsil sənədi (diplom) alan, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınan və ekvivalentliyi müəyyən edilən Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər iştirak edə bilərlər.
Müsabiqənin birinci mərhələsində elektron ərizələrin qəbulu həyata keçirilir, namizədin elektron ərizədə qeyd etdiyi məlumatlar yoxlanılır. Müsabiqənin ikinci mərhələsində (test imtahanı) hər bir namizədə onun ixtisası üzrə ümumtəhsil məktəblərinin fənn proqramlarına, tədris metodikası və təlim strategiyalarına, məntiqə aid suallar təqdim edilir. İmtahanın müddəti, sualların sayı və müvafiq keçid balı Nazirlik tərəfindən müəyyənləşdirilir.
Müsabiqənin üçüncü mərhələsində (vakant yerlərin seçimi) test imtahanlarının nəticələrinə görə keçid balını toplayan namizədlər vakant yerləri seçirlər. Namizədlər səkkiz yer seçə bilərlər. Onların vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.
Home Education Tədris mərkəzi mütəmadi MİQ imtahanlarına hazırlıq keçirdir. Hazırlıq əsaəsn 3 istiqamət üzrə aparılır:
İxtisas
Məntiq
Kurikulum
Dərslər həftə ərzində 2 dəfə fərdi v qrup şəkilində keçirilir. Dərsləri Nazirliyin bu sahə üzrə peşəkar ekspertləri keçdiyi üçün həmişə nəticələrimiz yüksək olur.
Qruplara artıq start verilmişdir: Qeydiyyatdan keçməyə tələsin.
Fərdi şəkildə hər bir fənn 160 manat. Qrup tam paket (3 fənn) cəmi 150 manat.
Ə. Xaqani küç. 36. (Sahil metrosu.pedaqoji universitetin yanı. 0124980302 0507508887/ 0557508887
www.home-edu.az