Sərnişinə görə sürücü cərimə olunacaq – Azərbaycanda ilkÖlkəmizin qanunvericiliyində indiyə qədər belə yanaşma mövcud olmayıb
Yeni İnzibati Xətalar Məcəlləsində motosiklet sürücüləri üçün maraqlı sürpriz ola biləcək yenilik var. Avtosfer.az-ın məlumatına görə, əgər motosikletdə dəbilqədən istifadə etməyən sərnişin olarsa, buna görə həm motosikletin sürücüsü, həm də sərnişin özü cərimələnəcək. Ölkəmizin qanunvericiliyində indiyə qədər belə yanaşma mövcud olmayıb. Hazırda qüvvədə olan Məcəlləyə əsasən, motosikletin sərnişini dəbilqəsiz olduqda yalnız o cərimələnir.
Maraqlıdır ki, yeni Məcəllədə dəbilqəsiz sərnişini daşıyan sürücünün 40 manat, belə sərnişinin özünün isə cəmi 10 manat cərimələnməsi nəzərdə tutulur. Özü də bu hal nəzarət kameraları vasitəsilə qeydə alınacaq və motosikletin sürücüsü barəsində avtomatik olaraq elektron protokol (MMX) tərtib olunacaq. Ona görə də motosiklet həvəskarlarının çox diqqətli olması və özü ilə sərnişin aparmaq üçün mütləq ehtiyat dəbilqə saxlamaları lazımdır.
Yeni layihənin 1 may 2016-cı il tarixdən qüvvəyə minəməsi gözlənilir.


Elan
Yalnız bizdə
Reklam