Sürücülük vəsiqəsi olmayanlar mütləq oxusun!
Beynəlxalq təcrübəyə və ölkəmizin qanunvericiliyinə uyğun olaraq mühərrikinin iş həcmi 50 sm3-dən artıq olan və ya mühərrikinin gücü 4 kVt-dan artıq olan, yaxud hərəkət sürəti 50km/saat-dan artıq olan bütün mexaniki nəqliyyat vasitələrini, habelə tram¬vay¬la¬rı idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır. Sürücülük vəsiqəsi olmayanlar mütləq oxusun!Sürücülük vəsiqəsini əldə etmək üçün mütləq imtahan verilməlidir. Motosikleti, müxtəlif növ avtomobilləri (yük avtomobillərini, avtobusları, xüsusi təyinatlı avtomobilləri və s.) idarə etmək hüququ verən sürücülük vəsiqəsini DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) uğurlu imtahan verərək əldə etmək olar. Müxtəlif təyinatlı traktorları, buldozerləri, ekskavatorları və başqa bu kimi texnoloji nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini (traktorçu vəsiqəsini) isə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Texniki Nəzarət Müfəttişliyində imtahan verərək əldə etmək olar.
Sürücülük imtahanlarına həm müstəqil, həm də sürücülük kurslarında (sürücülük məktəblərində) təhsil alaraq hazırlaşmaq olar. Amma müstəqil hazırlaşmaqla yalnız «A1», «A» və «B» kateqoriyalı sürücülük vəsiqəsi, yəni yalnız motosikletləri, minik avtomobillərini (sərnişin yerlərinin sayı 8-dən artıq olmayan), icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq üçün imtahanda iştirak etmək olar. Özü də müstəqil hazırlaşanlar üçün başqa bir məhdudiyyət də var: bu qaydada hazırlaşan şəxs yalnız 2 dəfə imtahan verə bilər; hər iki nəticə uğursuz olduqda həmin şəxs yalnız sürücülük məktəbini bitirdikdən sonra imtahana buraxıla bilər. Digər kateqoriyalardan olan sürücülük vəsiqələrini əldə etmək üçün sürücülük kursunda (məktəbində) təhsil almaq məcburidir.
Sürücülük imtahanı şəxsin yaşadığı yer üzrə DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) verilməlidir. Şəxsin yaşadığı yer dedikdə, onun həm rəsmi qeydiyyatda olduğu, həm də müvəqqəti yaşadığı yer başa düşülür. Lakin şəxs müvəqqəti yaşadığı yer üzrə imtahan vermək istədikdə həmin yerdə müvəqqəti yaşadığı barədə arayışı da şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim etməlidir. Məsələn, məcburi köçkünlər müvafiq ərazidə müvəqqəti məskunlaşmaları barədə arayış təqdim etməklə həmin müvəqqəti yaşayış yerində imtahan verə bilərlər.
İmtahana buraxılmaq üçün sürücü olmaq istəyən şəxs hər bir halda sağlamlıq arayışı da təqdim etməlidir. Sağlamlıq arayışı olmadan heç kəs imtahana buraxıla bilməz.
Beləliklə, sürücü olmaq istəyən şəxs imtahana buraxılmaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:
1) şəxsiyyət vəsiqəsi;
2) müvafiq formada tibbi arayış;
3) sürücülük təhsili alması barədə sənəd (müstəqil hazırlaşanlar təbii ki, bu sənədi təqdim etməyəcəklər);
4) dövlət rüsumunun ödənilməsinə dair sənəd.
Sürücülük vəsiqəsi olmayanlar mütləq oxusun!
Nəzərə almaq lazımdır ki, sürücülük imtahanına buraxılmaq üçün ilk dəfə 20 manat (traktorçu vəsiqəsi almaq istəyənlər 5 manat), növbəti hər dəfə üçün isə 10 manat (traktorçu vəsiqəsi almaq istəyənlər təkrar imtahana görə rüsum ödəmirlər) dövlət rüsumu ödənilir. İmtahanı uğurla verən şəxsə yarım saat müddətində sürücülük vəsiqəsi verilir. Vəsiqənin verilməsinə görə 18 manat (traktorçu vəsiqəsi almaq üçün 5 manat) dövlət rüsumu ödənilir.
Sürücülük imtahanı iki hissədən ibarətdir: nəzəri imtahan və təcrübi imtahan. Əvvəlcə nəzəri imtahan qəbul olunur və yalnız bu imtahandan uğurla keçənlər təcrübi imtahana buraxılır. Nəzəri imtahan informasiya texnologiyalarından istifadə edilməklə, yəni kompüterdə qəbul olunur. Hər şəxsə 10 test verilir və bu testlərdən ən azı 9-una düzgün cavab verən şəxs təcrübi imtahana buraxılır. Təcrübi imtahanda sürücülüyə namizədin iddia etdiyi kateqoriyaya uyğun nəqliyyat vasitəsində sürmə vərdişləri yoxlanılır. Bunun üçün nəqliyyat vasitəsi ilə konkret manevrlər icra olunur və xüsusi yol şəraitində sürmə həyata keçirilir. Təcrübi imtahan təlimatçının iştirakı ilə qəbul edilir. Amma onun qapalı avtodromda keçirilən birinci mərhələsinə nəzarət kameralarının qeydi əsasında qiymət verilir. Sürücülüyə namizəd konkret manevrlərin yerinə yetirilməsi zamanı kobud qayda pozuntularına yol verdikdə və imtahan götürən təlimatçının müdaxilə etməsinə səbəb olan qəza şəraiti yaratdıqda imtahandan qeyri-məqbul qiymət alır.
Sürücü olmaq istəyənlərə bildirirəm ki, yol hərəkəti qaydalarını və sürmə vərdişlərini öyrənməyin heç bir çətinliyi yoxdur və istənilən şəxs 1,5-2 ay müddətinə həmin qaydaları lazımi səviyyədə öyrənərək uğurlu imtahan verə bilər. Sadəcə sürücülük imtahanına çox diqqətlə hazırlaşmaq lazımdır.
Sürücülük vəsiqəsi olmayanlar mütləq oxusun!
Sürücülük məktəbi
Home Education sürücülük məktəbi uzun illərdir bütün ABCDE kateqoriyalar üzrə peşəkar sürücülərin hazırlanması ilə məşğuldur. Məktəbimizin fəaliyyətə başlandığı ildən bəri bu sahədə böyük təcrübə toplamışıq. Biz sizi özündə böyük məsuliyyət və təhlükə yükünü daşıyan avtomobilə yaxşndan tanış edirik, sükan qarşısında ilk dəfə oturanlarda yarnan qorxu və stessi aradan götürürük.
Bizim nəzəri dərslərimizdə tələbələrə Yol Hərəkəti Qaydalarını yüksək səviyyədə keçərək onların 100% zəmanətlə imtahan verməsini təmin edirik. Biz özümüzə və işimizin keyfiyyətinə o qədər əminik ki, imtahandan keçməyən tələbələrimizi pulsuz hazırlamağı belə öz öhtəmizə götürmüşük.
Praaktiki dərsləri yüksək səviyyəli təcrübəli müəllimlərimiz peşəkar avtomobillərdə keçirlər. Həm avtomat, həm də mexaniki sürət qutusu olan avtomobillərimizlə Sizi müəllimlərimiz hardasa uzaqlarda deyil məhz şəhər daxilində öyrədəcəklər. Buda Sizi şəhərdə daha rahat avtomobil idarə etməyinizə yüksək təsir göstərir.
Tələbələrimiz BDYP tərəfindən rəsmi tanınan və ayda 3-4 dəfə imtahana buraxılacaq Sürücülük Məktəbinin sertifikatı ilə təmin edirik.
Məktəbimizə 17 yaşından yuxarı kişi və qadınlar müraciət edə bilərlər. Xanımlar üçün xüsusi kurslar keçirilir.
Peşəkarlara güvənin! Bizim üçün pul əsas deyil, Nəticəniz olmasa Sizi pulsuz hazırlayacağıq.
Bakı. Xaqani küç. 36. Sahil metrosu, Axundov kitabxanasının yanı..
0124980302/0507508887/0557508887


Elan
Yalnız bizdə
Reklam