Rəssamlıq Kursu
Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biri. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir.
HOME EDUCATION TƏDRİS MƏRKƏZİ bu gözəl sahəyə həvəsi olanlar üçün xüsusi kurslar təşkil edir. Kurslarımıza qatılanlar istədiyi sahəni:
1. Akvarel - kağız üzərində iş
2. Yağlı boya - kətan üzərində iş
3. Kağız üzərində rəsm
4. Quaş
5. Akril
6. Batika seçə bilər və ya kompleks əvvəldən axıra kimi ardıcıllıqla bütün sahələri öyrənə bilər.
Qısa vaxt ərzində, siz AKVAREL (fr. acquarelle – sulu; ital. acquarello) – suda həll olunma zamanı incə piqmentin şəffaf qarışığını əmələ gətirən və bunun hesabına yüngül, havalı və incə rəng keçidlərinin effektini yaratmağa imkan verən xüsusi akvarel boylarından istifadə olunan rəngkarlıq texnikasıdır, tutqun SULU BOYA (quaş) Quaş(fr. gouache, ital. guazzo – su boyası) – akvarel boyalarının bir növü, adi akvareldən fərqli olaraq daha qatı və parlaqsız boya, AKRİL VƏ YAGLI BOYA (Yağlı boyalar quru piqmentdən və qurumaqda olan yağdan ibarət olur. Məsələn, kətan, xaşxaş toxumlarının yağı və ya qoz yağı bu boyaların hazırlanmasında istifadə edilə bilər.) BATİKA (Batik – xüsusi tərkiblərdən istifadə etməklə parça üzərində əl ilə çəkilən şəkil. İpək, pambıq, yun və sintetik parça üzərinə parçanın materialına uyğun olan boya çəkilir) və s. ilə rəsm çəkməyi öyrənəcksiniz. Kurslarımıza qatılaraq, siz valehedici boya dünyasına daxil olacaq, qeyri-adi fantaziyalarınızı kağızda əks etdirəcək, müxtəlif sərgilərdə, müsabiqələrdə iştirak edəcək, bununla da öz əsərlərinizi digər insanlara nümayiş etdirmək imkanı əldə edəcəksiniz.
Həmçinin QABİLİYYƏT İMTAHANINA hazırlaşa bilərsiniz. Rəssamlıq, heykəltəraşlıq, dizayn və bu kimi digər sahələr üzrə hazırlaşan abituriyentlərə qabiliyyət imtahanlarını asanlıqla keçmək üçün kurslarımıza yazılmalıdır. Müəllimlərimiz Siz Akademiya proqramı əsasında zəmanətlə hazırlayacaqlar.
MODA VƏ DƏB həvəskarları xanımlar və bəyləri də unutmadıq. Dərslərdə rəng və forma anlayışı, geyim eskizlərinin çəkkilməsi, geyimlərin uyğunlaşdırılması və s istiqamətdə tədris aparılır. Statik və dinamik eskizlərin qurulması, Geyim eskizləri, Müxtəlif texnikalarla geyimlərin rənglənməsi, Material üzərində iş, Müxtəlif parçaların rənglənmə texnikası və parça effektləri, Təxəyyül ve illuziya, Abstrakt geyimlər, Geyimlərin modelləşdirilməsi, Moodboard və portfolio hazırlanması və s. Kimi vacib sahələri böyük peşəkarlıqla öyrənəcəksiz.
Dərslər həftədə 3 dəfə 1 saat və ya iki dəfə saat yarımdan keçirilir. Kursu bitirən tələbələrə sertifikat və ya diplom verilir. Fərdi 80, qrup iki nəfərlik 60 azn.
Ünvan: Bakı. Xaqani küçəsi 36. Sahil metrosu, Milli kitabxananın yanı. Tel. 012-498-03-02
050-750-88-87 whatsapp
055(070)-750-88-87