Avto Cad kursu

Avto Cad kursu
AutoCAD kursları layihə və konstruktor sənədlərinin işlənmə proseslərini avtomatlaşdırma imkanlarını öyrənmək üçün nəzərdə tutulmuşdur. AutoCAD sisteminin əsas məqsədi müxtəlif mövzulu layihələr üçün cizgilərin hazırlanmasıdır. Bu, daxili interyer obyektləri – stollar, stullar, kreslolar və s., yaxud müxtəlif mexanizmlərin layihələri (təyyarənin sadə bolt və qaykalardan başlayaraq tam yığım cizgisi), həmçinin elektrik sxem maketlərin hazırlanması ola bilər. AutoCAD kurslarında təlim keyfiyyətli metodik materiallardan istifadə etməklə dinləyicilərin təlim kurslarına tam cəlb edilməsinə əsaslanmışdır. AutoCAD kurslarında məşğələlər tələbələr üçün rahat vaxtda və sərbəst yaradıcı atmosferdə aparılır.
AutoCAD kursunun dinləyiciləri cizgilərin əməli yaradılması üsulları və cizgilərin tikinti, maşınqayırma və sair kimi növləri ilə tanış olacaqlar. Zəngin əməli təcrübəyə malik peşəkar müəllimlər obyektlərin əməli modelləşdirilməsi misalında üç ölçülü qrafikanın avtokad sistemində imkanlarından danışacaq.
Gələcəkdə AutoCAD kursu müstəqil olaraq mətbəx mebeli, ofis mebeli, o cümlədən interyerin digər predmetləri üçün müxtəlif növlü cizgilər və dizayn-maket layihələri hazırlamağa imkan verəcək.
AutoCAD kursunun sonunda məzunlar təyin edilmiş formada vəsiqə alır və layihə-tikinti, ev və ofislər üçün interyer materialları satan ticarət şirkətlərində, o cümlədən dizayn-studiyalarda aşağıdakı peşələr üzrə müvəffəqiyyətlə çalışa bilərlər: dizayner işləri qrupunda dizayner köməkçisi, dizayner-mühəndis, rəssam-dizayner. Dinləyicilər arasında daima məşhur olan AutoCAD kursunu mənimsədikdən sonra siz Kompüter dizaynı kurslarının kompleks proqramına keçə və biliklərinizi daha da təkmilləşdirə bilərsiniz. Home Education AutoCAD kursları yeni zirvələri fəth etmək və qarşınızda qoyduğunuz məqsədə çatmaq üçün inamlı addımdır. Yeni perspektivlər açmaq və ixtisasınızı artırmaq imkanını əldən qaçırmayın.Kurslar həftədə 3 dəfə 1 saatdan yada 2 dəfə 1,5 saatdan 2-3 ay ərzində keçirilir. Kursu bitirən tələbələrə sertifikat və diplom verilir və yüksək nəticəli tələbələr işlə təmin olunurlar.
Fərdi 100 qrup 70 azn
R.Behbudov küç.12. Sahil metrosu, Axundov kitabxanasının yanı.0124980302
050/0557508887


Elan
Yalnız bizdə
Reklam